Mərakeş Kralı VI Məhəmməd Qurban bayramı ilə bağlı əhaliyə çağırış edib.
O, ölkədə davam edən quraqlıq və iqtisadi çətinliklər səbəbindən əhalini Qurban bayramında heyvan kəsməməyə çağırıb.
Bildirilib ki, bu çağırış son illərdə davam edən quraqlıqlar nəticəsində heyvan sayının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır. Rəsmi məlumatlara görə, son doqquz ildə Mərakeşdə mal-qara və qoyun sürülərinin sayı 38% azalıb.
Kralın mesajında iqlim və iqtisadi çətinliklərin nəzərə alınmasının vacibliyi vurğulanıb və bu çətin şəraitdə ənənəvi qurban kəsmənin xüsusilə məhdud gəlirli ailələr üçün əlavə yük ola biləcəyi qeyd edilib.
Qeyd edək ki, Mərakeşdə bu cür tədbirlər daha əvvəl də həyata keçirilib; 1963, 1981 və 1996-cı illərdə də oxşar səbəblərdən vətəndaşlardan qurban kəsməkdən çəkinmələri istənilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.