AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda ilk TikTok oflayn studiyası fəaliyyətə başladı - FOTO/ÖZƏL

  • + A
  • - A
  • Bu gün, 18:42

    Bakıda ilk TikTok oflayn studiyası fəaliyyətə başladı -


    Bakı, 27 fevral — Azadmedia.az


    Qısa videolar yaratmaq və izləmək üçün ən məşhur platformalardan biri olan TikTok LİVE artıq Azərbaycanda məzmun yaradıcıları üçün daha əlçatan olur. TikTok LİVE-ın Azərbaycanda rəsmi portnyor agentliyi KEQO MEDIA, Bakıda TikTok LİVE standartlarına uyğun ilk oflayn studiyasını istifadə verib. Açılış mərasimində tanınmış jurnalistlər, aparıcılar, ictimaiyyət nümayəndələri, iştirak ediblər.

    Bu studiyanı xüsusi edən nədir?
    TikTok oflayn studiyası təkcə çəkilişlər üçün yer deyil, həm də ilham və yeniliklər mərkəzidir. Studiyanın əsas məqsədi TikTok yaradıcılarını daha keyfiyyətli və cəlbedici məzmun yaratmaqda dəstəkləməkdir. Məkan hər bir detalı düşünülərək tam təchiz olunub və burada iş üçün hər cür şərait yaradılıb. Studiya geniş zaldan və fərqli otaqlardan ibarətdir.

    Bakıda ilk TikTok oflayn studiyasının açılması ölkədə rəqəmsal məzmunun inkişafı üçün əhəmiyyətli bir addımdır. Bu, yalnız yerli yaradıcıların inkişafına təkan vermir, həm də Azərbaycanı böyük yaradıcı potensiala malik bir region kimi tanıdır. Eyni zamanda, TikTok platforması ilə onun auditoriyası arasındakı əlaqəni möhkəmləndirir və yaradıcıların dünya səviyyəli məzmun yaratması üçün resurslar təmin edir.
    KEQO MEDIA ilə inkişaf et
    TikTok LİVE-ın Azərbaycanda rəsmi tərəfdaşı olan KEQO MEDIA TikTok platformasında maraqlı və keyfiyyətli məzmunun yaradılmasına, müəlliflərin məhz yerli agentliklərlə işləməsinə maraqlıdır və bütün yaradıcıları bu unikal iş və yaradıcılıq məkanından faydalanmağa dəvət edir. Əgər məzmununuz keyfiyyətli və əhəmiyyətlidirsə siz isə bunu yeni səviyyəyə çatdırmaq istəyirsinizsə, Bakıda TikTok studiyası bunun üçün ideal məkandır.

    KEQO MEDİA agentliyi ilə çalışmaq istəyənlər www.keqomedia.com saytından ətraflı məlumat ala bilərlər.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR