AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hikmət Hacıyev Fəxrəddin Altunla regional məsələləri müzakirə edib - FOTO

  • + A
  • - A
  • Bu gün, 19:31

    Hikmət Hacıyev Fəxrəddin Altunla regional məsələləri müzakirə edib -


    Bakı, 27 fevral — Azadmedia.az

    Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

    Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X"də yazıb.

    Bildirilib ki, görüş zamanı Azərbaycanla Türkiyə arasında media və kommunikasiya sahəsində ikitərəfli əməkdaşlıq, qlobal və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR