Sudanın paytaxtı Xartumda prezident sarayına dorn hücumu olub. Pilotsuz ucuş aparatı ilə zərbə nəticəsində bir neçə nəfər ölüb.
Bu barədə “Al Hadath” məlumat yayıb.
Sudan ordusunun şəxsi heyəti və KİV nümayəndələri də daxil olmaqla, bir neçə nəfərin yaralandığı da bildirilir.
Xatırladaq ki, bir neçə saat əvvəl Sudan ordusu Xartumdakı prezident sarayına nəzarəti tam ələ keçirdiklərini açıqlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.