AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində səkkiz nəfər ölüb

  • + A
  • - A
  • 17-05-2025, 09:55

    Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində səkkiz nəfər ölüb

    Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətinin Belopolye yaxınlığında mülki şəxslərin olduğu avtobusa zərbə endirməsi nəticəsində səkkiz nəfər həlak olub, yaralılar da var.

    Bu barədə “RBK-Ukrayna” Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun video müraciətinə istinadən xəbər verib.

    Məlumata görə, xilasetmə əməliyyatı davam edir.

    "Təəssüf ki, rusların mülki şəxslərin olduğu avtobusa hücumu nəticəsində ölənlər var. İlkin məlumata görə, 8 nəfər həlak olub", - o bildirib.

    Bundan əlavə, Vilayət Hərbi Administrasiyasının rəhbəri atəş nəticəsində 5 nəfərin yaralandığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR