AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Makron: Fransa və Vyetnam 9 milyard avroluq müqavilələr imzalayıb

  • + A
  • - A
  • 26-05-2025, 19:00

    Makron: Fransa və Vyetnam 9 milyard avroluq müqavilələr imzalayıb

    Fransa və Vyetnam ümumilikdə 9 milyard avro dəyərində müqavilələr bağlayıb.

    Bunu Vyetnama dövlət səfərində olan Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında bildirib.

    "Səfər çərçivəsində 9 milyard avro məbləğində müqavilələr imzalanıb", - o qeyd edib.

    Makronun sözlərinə görə, demək olar ki, bütün əsas sektorlarda, o cümlədən aviasiya və dəmir yolu sahələrində bağlanmış müqavilələr iki dövlət arasında müdafiə, aviasiya və energetika sahələrində möhkəm əlaqələrin mövcudluğunu vurğulayır.

    2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 12,9 % artaraq 5,42 milyard dollara çatıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR