AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir müavini: Şagirdlərin özlərini yeni dövrün tələblərinə hazır hiss etmələri vacibdir

  • + A
  • - A
  • 12-06-2025, 11:10

    Nazir müavini: Şagirdlərin özlərini yeni dövrün tələblərinə hazır hiss etmələri vacibdir

    Şagirdlərin özlərini yeni dövrün tələblərinə hazır hiss etmələri vacibdir.

    Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli İqtisadiyyat və İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib.

    Onun sözlərinə görə, beynəlxalq şagird qiymətləndirmələrinə dayanıqlı, iqlim dəyişikliyi, yaşıl enerjiyə keçidlə bağlı məzmun da inteqrasiya edilib: "Son müzakirələrdə bu təşəbbüs dəstəklənib. Cari il ərzində rəsmiləşdirilməsini və COP30-da COP29-un nəticəsi kimi də təqdim olunmasını görəcəyik".

    Nazir müavini əlavə edib ki, ali təhsildə əsas hədəflərdən biri də beynəlxalq reytinqlərdə irəliləməkdir: "Sistemli yanaşmalar lazımdır. Birgə həllər, birgə çalışmalar gələcəyimiz üçün önəmlidir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR