AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya XİN: "3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik

  • + A
  • - A
  • 1-07-2025, 14:58

    Rusiya XİN: "3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik

    Rusiya "3+3" formatını Cənubi Qafqaz regionunda qarşılıqlı əlaqələrin artırılması, ölkələr və iştirakçılar arasında qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl və harmonik əməkdaşlığın təmin edilməsi üçün vacib hesab edir.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə IV departamentinin direktor müavini Dmitri Masyuk "Maşuk" bilik mərkəzində Qorçakov Fondunun "Qafqaz dialoqu" elmi-təhsil proqramının açılışında bildirib.

    "Gələcəkdə bu formatı Avrasiya təhlükəsizlik arxitekturasının dayaq elementlərindən biri kimi nəzərdən keçiririk. Əminik ki, qapıları açıq qalan Gürcüstan da daxil olmaqla, bütün üzvlərin "3+3" işində fəal iştirakı bütün regionun uğuru və rifahının təminatı olacaq", - deyə o qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR