AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

  • + A
  • - A
  • 2-07-2025, 14:22

    Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

    Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də rəsmi qarşılanma mərasimi olub.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verib.

    Özbəkistan və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçib.

    Sonra rəsmi foto çəkdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR