AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan adlı gəmini 2019-a inamla aparan kapitan: nələr dəyişdi, nələr...

  • + A
  • - A
  • 2-01-2019, 11:46

    Azərbaycan adlı gəmini 2019-a inamla aparan kapitan: nələr dəyişdi, nələr...














    Prezident İlham Əliyev Azərbaycanı inamla irəli aparan, 2019-cu ilə böyük ümidlərlə daşıyan bir gıəminin kapitanıdır

    Cahan.info xəbər verir ki, 2018-ci il respublikamız üçün ilk növbədə sabitlik, əmin-amanlıqla yadda qaldı.

    Azərbaycanda insanların təhlükəsiz yaşaması, onu qoruyan polisin, xüsusi xidmət orqanı əməkdaşlarının ayıq-sayıqlığı, peşəkarlığı nəticəsində rahat şəkildə vətəndaşların sərbəst hərəkət etməsi ən böyük qazanclarımızdan, təminatlarımızdan birincisidir.

    Digər tərəfdən, 2018 iqtisadi uğurlarımızla, TAP və TANAP layihələrinin işə düşməsi ilə yadda qaldı.

    Azərbaycanı Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.

    Dövlət başçısı ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən 15 ildə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.

    Ötən 15 ildə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı cənab İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir.

    Dövlət başçısının ötən illərdə praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanmış, cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir.

    "Hər bir məmur xalqının xidmətçisi olmalıdır” deyə hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir.

    Dövlət başçısının son 5 ildə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi” kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır. Son 3 ildə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm şuralarının yaradılması iqtisadi islahatların dərin elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür.

    Aparılan islahatların nəticəsi olaraq Azərbaycan yeni metodologiya ilə hazırlanan "Qlobal Rəqabətlilik Hesabatı - 2018/2019” hesabatında dünyada sosial bərabərliyin yüksək səviyyədə təmin olunduğu ölkə kimi qərarlaşmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR