AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid ailəsi icra başçısında narazılıq edir - VİDEO

  • + A
  • - A
  • 8-03-2017, 13:26

    Şəhid ailəsi icra başçısında narazılıq edir - VİDEO















    Taxtakörpü qəsəbəsəində məskunlaşan laçınlı məcburi köçkün, şəhid oğlu Qabil Fərhadov Avrasiya.net vasitəsilə Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlidən cənab prezidentə şikayət edib.

    Hörmətli Cənab Prezident!

    Mən şəhid ailəsi olaraq Laçın rayon İcra Hakimyətinin başçısı Aqil Nəzərlinin qəbuluna getdim, getməmiş olardım! Siz hər zaman efirdən bildirirsiniz ki, məmurlar xalqın qulluqçusudur, amma Laçın rayon icra başçısı nəinki qulluqçusu, heç problemimə qulaq asmaq üçün məni qəbul etmədi. Şəhid ailəsi olaraq bu günə qədər dövlətin heç bir imtiyazından yararlanmamışam. Artıq maddi imkanım tükənib, qızım qan xərçəngidir, müalicəsinə gücüm çatmır, bu səbəbdən şəhid ailəsi olaraq 26 fevral 2017-ci il tarixdə Xocalı Soyqırımı günü Aqil Nəzərlinin qəbuluna getdim ki, bəlkə başçının ürəyinin mərhəmət qapısı açıq ola, övladım üçün nəsə köməklik edə, amma bu soyqırım günü belə ürəyinin mərhəmət qapısı açıq olmadı...

    Hörmətli Prezident, Sizdən xahiş edirəm ki, övladımın müalicəsi üçün köməklik edəsiniz...

    Qızım Günel Fərhadovanın 30 yaşı var, ailəmlə birgə Ağcabədidə məskunlaşmışıq. Birinci Qarabağ savaşında Laçın uğrunda gedən döyüşlərdə şəhid olan Nemət İsmayılovun oğluyam. Gənc qızım dörd ildir qan xərçəngindən əziyyət çəkir. Hazırda müalicəsini B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda davam etdirir. Nəfəs ala bilmir, tənginəfəs olur. Diş diblərində kəskin qanaxmalar olurdu, birinci mərhələnin müalicəsi çox ağır keçdi. Həkimlərin köməyi ilə ayağa qalxdı, amma yenə səhhəti pisləşdi.

    Qızım Günel Fərhadovanın xəstəliyinin ilkin mərhələsi övladını dünyaya gətirdikdən doqquz aydan sonra başlayıb. Qan analizlərindən bəlli oldu ki, leykozdur. Müalicə olundu. Evdə oldu, övladına baxırdı. Mütəmadi olaraq müalicələrə gedib, gəlirdi. Hər üç aydan bir yoxlanırdı. İlk kursdan etibarən remisiya əldə olunan xəstədə dörd ildən sonra kəskin ağırlaşma baş verdi. Kəskin ağrıları var, sinəsində və kürək hissəsində. Müayinə olundu və yenidən leykoz aşkarlandı. Qızımın 5 yaşında Nilufər adlı bir qızı var. Kürəkənim qızımın xəstə olduğunu öyrəndikdən sonra ailəsini tərk etdi. Dörd ildir ki, nə övladı, nə də Günelin səhhəti ilə maraqlanır. 2013-cü ildən ayrılmalarına baxmayaraq, aliment də vermir. Heç bir dəfə də maraqlanmayıb. Günelin övladına biz baxırıq, xəstəliyinə görə aldığı 140 manat müavinətlə dolanır. Sağlamlığına qovuşmaq üçün Sizdən kömək istəyirik. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elmi işçisi Mahmud Mahmudovda müainə etdi. Hüceyrələrin sayı az olduğu üçün təkrar sümük iliyinin analizini edilməyib. Hazırda Günelin xəstəliyinin ikinci mərhələsi üçün müəyyən preparatlar lazımdır.

    Günel Qabil qızı Fərhadovanın adına "Kapital Bank"da hesab nömrəsi açılıb. Günel Qabil qızı Fərhadova Benefisiarın Bankı: Kapital Bank ASC Nərimanov Filialı Filial kodu: 20 00 93 VÖEN: 99 0000 36 11 SWIFT kod: AHBAZ2X Müxbir hesabı: AZ 37 NABZ 01350100000000001944 Hesab №: AZ 27 AHB 410 100 194 401 023 951 09



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR