AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallının bəzi kəndlərində qaz olmayacaq

  • + A
  • - A
  • Bu gün, 16:18

    Masallının bəzi kəndlərində qaz olmayacaq

     
    Oktyabrın 29-da və 30-da Masallı rayonunun bəzi kəndlərinin qaz təchizatında məhdudiyyət yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Masallı şəhəri H. Əliyev prospektində yerüstü qaz xəttinin çəkilməsi ilə əlaqədar olaraq, şəhərin bir hissəsi, Digah və Seybətin kəndləri də daxil olmaqla 3 200 abonentin qaz verilişi oktyabrın 29-da saat 10:00-dan işlər tamamlananadək dayandırılacaq.

    Həmçinin, Ləngan kəndində 1 000 mm-lik beton kollektorun ləğvi və qaz xəttinin yerinin dəyişdirilməsi səbəbilə Təklə, Ləngan, Stansiya Masallı, Xoşçobanlı və Sığınacaq kəndlərində 1 800-ə yaxın abonentin qaz təchizatı oktyabrın 30-da saat 10:00-dan işlər bitənədək dayandırılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR