Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.
Çox mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.