AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ” dünya reytinqində daha 17 pillə irəliləyib

  • + A
  • - A
  • Bu gün, 11:37

    “Qarabağ” dünya reytinqində daha 17 pillə irəliləyib


    Azərbaycanın aparıcı futbol klubu “Qarabağ” növbəti dəfə beynəlxalq arenada mövqeyini gücləndirib.

    Azadmedia.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı son reytinq cədvəlində Ağdam təmsilçisi 17 pillə irəliləyərək 82-ci yerdən 65-ci sıraya yüksəlib.

    Hazırda “Qarabağ”ın aktivində 192,25 xal var. Bu göstərici klubu Avropanın bir çox tanınmış komandasından irəlidə qərarlaşdırır.

    Digər Azərbaycan klublarının da mövqelərində müəyyən irəliləyiş müşahidə olunur. Belə ki, “Sabah” 296-cı pillədən 276-cı yerə, “Zirə” 407-dən 387-yə, “Araz-Naxçıvan” isə 391-dən 390-cı mövqeyə qalxıb.

    Qeyd edək ki, ümumilikdə 502 klubun yer aldığı reytinqdə Fransa təmsilçisi “PSJ” 567 xalla siyahıya başçılıq edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR