ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gedib.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib.
Trampın xüsusi nümayəndəsinin bu gün Ukrayna ilə razılaşdırılmış sülh planını Putinə təqdim edəcəyi gözlənilir.
Kremlin sözçüsü Dmitri Peskov prezidentin onu dekabrın 2-də günortadan sonra Moskvada qəbul edəcəyini təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.