Eldar Mahmudovun gizlində qalan adamı... - Qüdrət Qurbanov haqda ilginc iddialar
Sabiq MTN başçısı Eldar Mahmudovun vaxtilə Azərbaycan Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovla dost olduğu nə jurnalistlərə, nə də məmurlara sirr deyil. Əlbəttə, Eldar Mahmudovun “möhtəşəm” vaxtlarında irili-xırdalı əksər məmurlar onunla dost olmağa, isti münasibətlər saxlamağa çalışırdılar. Qüdrət Qurbanov da hardan biləydi ki, bir gün digər güc strukturları Eldar Mahmudovun “qoşun”una qalib gələcək? Nəticədə isə Qüdrət Qurbanov sabiq milli təhlükəsizlik naziri ilə qol-boyun vəziyyətdə fotolar çəkdirdiyinə peşman olacaq…
Əvvəla başlayaq ondan ki, Vaxtı ilə MTN-in zabiti olan Orxan Qüdrət oğlu Qurbanovun indi də DTX-də çalışdığı barədə məlumatlar var. Hətta onun dostları və yaxınları da deyir ki, Orxan Qurbanov MTN-də işlədiyi vaxt, atasının Eldar Mahmudovla dostluq münasibətləri ona heç işə getməyə də “imkan vermirdi”. Hətta O.Qurbanovun öz çevrəsində zarafatca “ancaq maaşdan-maaşa işə getdiyini” etiraf etməsi barədə də məlumat əldə etmişik. Bəs necə oldu ki, bu şəxs yeni strukturda da öz yerini qoruyub saxladı? Əlbəttə, bu yeni yazının mövzusudur… Əksinə hələ adı MTN-də “əməkdaş” kimi getdiyi vaxtlarda da, onun xarici ölkələri gəzib özünə modelyer “adaxlı ovuna” çıxdığı deyilir. Monako, İspaniya, Fransa, İtaliya, Türkiyə…
Bu gənc öz “sərgüzəşt”lərini “İnstagram” profilində paylaşmaqdan da çəkinmir. Bəli, deyilənlərə görə, bu şəxs elə bu günlərdə də bu “ovçuluğu davam edir. Misal üçün, atası Qüdrət Qurbanovun rəqibi sayılan Ziya Məmmədov da öz oğluna ovçuluğu tərgizdirə bilmədi. Ancaq onun oğlu modelyer yox, ayı ovlamağı xoşlayırdı. Ola bilsin ki, bu günlərdə Ziya Məmmədov nəqliyyat naziri olduğu üçün Anar Məmmədov ayı ovlayır. Ancaq vaxtı ilə Ziya Məmmədov Dəmir Yol İdarəsinin şefi olanda elə onun oğlu da model ovlayırdı, hətta “STİL” jurnalına sponsorluq edərək Bakının modellərinin fotolarını o jurnalda tirajlayırdı. Ancaq sonra atası NN-şefi təyin olunan kimi, Anar Məmmədov özünü yığışdırıb ciddi aparmağa başladı və modellərdən birbaşa ayılara keçdi. Sonda ayı məsələsi də ona çox baha-başa gəldi.
Orxan Qurbanova gəldikdə isə, bu ovçuya da cızığından çıxıb mətbuatın əlinə düşməmək üçün Qüdrət Qurbanovun köməkçisi Ülvi Həsənov kömək edir. Ancaq keçən il Ülvi Həsənovun başı möhkəm qarışıq olduğu üçün Orxan Qurbanov Haqqin.az saytının rəhbəri Eynulla Fətullayevin toruna düşmüşdü. Düzdür, sonra gücbalayla olsa da onu Eynullanın torundan çıxardılar hətta Eynulla Fətullayev Qüdrət və Orxan Qurbanovlar barədə, sizə deyim ki, ürəyləri istəyən bir yazıda yazdı. Oxucuda sual doğura bilər: yaxşı, Qüdrət Qurbanovun köməkçisinin başı nəyə qarışmışdı ki, Orxan Qurbanovu Eynullanın toruna düşməyə imkan verildi.
Ülvi Həsənova Qüdrət Qurbanov tərəfindən Səbail rayonu Xanlar küçəsi 1 ünvanında yerləşən 20-dən artıq qarajı sökdürərək, həmin ərazidə bir neçə mərtəbəli təhsil mərkəzi yaratmaq tapşırığı verilmişdi. Düzdür, həmin ərazidə yeni inşa edilən sahə Qüdrət Qurbanovun adına deyil, ancaq qaraj sahiblərinin hamısı ilə görüşən yenə də Qüdrət Qurbanovun köməkçisi Ülvi Həsənov olub və əlbəttə ki, o bütün danışıqları Qüdrət Qurbanovun adından aparıb.
Redaksiyamıza daxil olan məlumata görə, bu söküntü işlərini “Azimport” həyata keçirib və sakinlərlə danışıqlar aparmaq üçün Q.Qurbanovdan 600 min manat alıb. Bu barədə növbəti yazımızda məlumat verəcəyik…
Indi isə keçək Qüdrət Qurbanovun qaynı Babək Tağıyevə. Bu şəxs uzun illər polis orqanlarında çalışıb və sonra birdən-birə polis orqanlarından xaric olunaraq təqaüdə çıxıb. Sual doğura bilər ki, axı niyə, Babək Tağıyevin hələ təqaüd üçün yaş həddi çatmasa da, təqaüdə çıxıb. Bacıoğlunun adı vaxtı ilə MTN-də və sonra DTX-də gedir, dayı hələ cavan olaraq əməliyyat işindən birdən-birə uzaqlaşaraq təqaüdə çıxır. Bunların hamısı biz də elə şübhə yaratdı ki, çox güman bu yaxınlarda Qüdrət Qurbanov özü də cavan yaşlarında təqaüdə hazırlaşır.
Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...