AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qüdrət Həsənquliyev: “Namuslu kişi söyüş söyməz”

  • + A
  • - A
  • 5-03-2019, 15:37

    Qüdrət Həsənquliyev: “Namuslu kişi söyüş söyməz”
















    "Bu günlərdə vətən xaini Fəxrəddin Abbasov Azərbayacana ekstradisiya olundu. Xalqımız onun qolu qandallı həbsxanaya aparılmasını görmək istəyir. Lakin onun bu görüntüləri yayımlanmayıb. Lakin əminəm ki, o, Azərbaycana etdiyi xəyanətə görə öz layiqli cəzasını alacaq".
    Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib. Bir müddət bundan öncə DTX tərəfindən cəsus şəbəkəsinin ifşa olunduğunu deyən Q. Həsənquliyev söyləyib ki, dünya təcrübəsi göstərir ki, bu insanlar ifşa olunmalıdır ki, digərləri bundan ehtiyatlı olsunlar. Xaricdə oturub söyüş söyənlər haqqında danışan Q.Həsənquliyev bildirib ki, namuslu kişi söyüş söyməz, çünki bilir ki, söyüşün on qatı ona qayıdacaq.
    Deputat çıxışı zamanı Ombudsmanın ermənilər tərəfindən təqib olunan azərbaycanlı bloggerlərin hüquqlarının qorunması istiqamətində addım atmasını təklif edib. Q. Həsənquliyev çıxışı zamanı tikinti şirkətlərinin bir mənzili çoxlu sayda insanlara satması məsələsinə toxunaraq qeyd edib ki, tikinti şirkətlərinə notarial qaydada rəsmiləşdirmədən ev satmaq qadağa edilməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR