AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qüdrət Həsənquliyev:“Türkiyəni ona görə tənqid etmişəm ki, birinci Qarabağ savaşında umduğumuz dəstəyi ala bilməmişik”

  • + A
  • - A
  • 9-04-2018, 09:28

    Qüdrət Həsənquliyev:“Türkiyəni ona görə tənqid etmişəm ki, birinci Qarabağ savaşında umduğumuz dəstəyi ala bilməmişik”














    “Mən türk milli kimliyimlə fəxr edirəm. Məni Türkiyəyə qarşı olmaqda və Rusiyayönümlülükdə yalnız ruhi xəstələr, bir də həmin məsələlərlə bağlı kompleksi olan, zamanında ciddi ictimai qınaqla üzləşənlər keçmişini unutdurmaq üçün ittiham edə bilər. Mən nə PKK lideri Dilanla görüşmüşəm, nə də gecə İran səfirliyindən gizli çıxanda tutulub ifşa olunmuşam”.

    Bunu APA-y açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından prezidentliyə namizəd Qüdrət Həsənquliyev deyib.

    “Mənim masamın üstündə həmişə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağıda olub. Bu gün məni ittiham edənlər vaxtilə qəbuluma gələndə dəfələrlə bunu görüblər. Şəhidlər Xiyabanından Türkiyə bayraqları yığışdırılanda, bəziləri qorxudan susmuşdu. Mən isə Azərbaycan və Türkiyə bayraqlarının əksi olan döş nişanı taxıb parlamentə getdim, jurnalistlər də bunu işıqlandırdılar. Mən dəfələrlə parlamentdə Türkiyə ilə viza rejiminin aradan qaldırılması, ,Rusiyadan idxal olunan mallara görə 18% rüsum tutulduğu halda Türkiyədən idxala görə 36% vergi tutulmasının yolverilməzliyi, Bakının işğaldan azad olunmasında müstəsna rol oynamış Nuru Paşaya abidə qoyulmasının vacibliyi barədə məsələ qaldırmışam. Hətta mənim təşəbbüsümlə deputat həmkarım Fazil Mustafa ilə birlikdə baş nazirə bu abidənin qoyulmasına yer ayrılması barədə məktub da ünvanladıq” deyə, Həsənquliyev bildirib.

    Prezidentliyə namizəd qeyd edib ki, həmişə torpaqlarımızın işğalında və işğal altında qalmasında əsas günahkarın Rusiya olduğunu, buna görə də sülh danışıqlarının bu dövlətlə aparılmasının vacibliyini də qeyd edib: “Türkiyəni isə ona görə tənqid etmişəm ki, birinci Qarabağ savaşında umduğumuz dəstəyi ala bilməmişik, 20 % torpaqlarımız işğal olunub. Tək mən yox, Elçibəy də vaxtilə Türkiyəni dinc sakinlərinKəlbəcərdən çıxarılması üçün iki mülki vertalyot ala bilmədiyinə görə tənqid edib. Mən Azərbaycan hökumətini də tənqid edirəm, bu o demək deyil ki, Azərbaycana qarşıyam. Türkiyə Sürix protokollarını imzaladı,buna etiraz etdim, Ermənistanla ticarət dövriyyəsi ilbəil artır, buna etiraz edirəm.Rusiya təyyarəsini vurdu, bunun yanlış olduğunu, Azərbaycana da ziyan vura biləcəyini söylədim. Həmişə söyləmişəm ki, Türkiyə nüvə silahına sahib olmayana qədər böyük dövlətlərlə qarşıdurmadan yayınmalıdır. İctimai televizyada debat zamanı da söylədim ki, müharibəsiz Qarabağın azad olunması üçün Rusiyanın yaratdığı və liderlik etdiyi regional təşkilatlara suverenliyimizi itirmədən qoşula bilərik. Vaxtilə Heydər Əliyev də Azərbaycanı MDB-yə üzv edəndə biz suverenliyimizin itiriləcəyindən qorxurduq. Nə oldu?! Yaxud biz 1994-1999cu illərdə kollektiv təhlükəsizlik müqaviləsinin üzvü olduq, müstəqilliyi itirmədik ki?!Qarabağın müharibə yolu ilə azad olunması böyük itkilər tələb edir və risklidir. Biz Rusiya, İran, Qərbin necə davranacağını tam dəqiqliklə proqnozlaşdıra bilmərik.Peşəkar siyasətlə məşğul olduğunu iddia edən şəxs bunu anlamırsa, vay onun halına. Bütün bunlara baxmayaraq, mən söylədim ki, əgər Rusiya ilə danışıqlar nəticə verməzsə, biz qərbyönümlü siyasi xətt yürütməli, peşəkar ordu qurmaqla ən geci 2020-ci ilin yayında torpaqları işğaldan azad etməliyik”.

    Q. Həsənquliyev bildirib ki, o, seçki təbliğatı zamanı populizmdən uzaq, xalqın maraqlarına cavab verən proqram təqdim edib: “Kimsə düşünürsə ki, “onun ikinci yerinə” iddia edirəm və buna görə bütün şüurlu həyatını Azərbaycanın müstəqilliyinə həsr etmiş şəxs kimi mənə qarşı belə iyrənc kampaniya aparırsa, ona yazıqlar olsun.Mən hər dəfə seçkilərə qatılanda heç bir illüziyaya qapılmamışam, daha çox ölkəmizin problemlərinin nədən qaynaqlanması və həlli yollarını xalqımıza çatdırmaq barədə düşünmüşəm.Hətta sonuncu yeri tutsam belə, bu məni ciddi narahat etmir. Deməli xalqımızla daha çox işləməliyik”.

    Qeyd edək ki, bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı İctimai Televiziyada keçirilən debatda prezidentliyə namizəd Qüdrət Həsənquliyev digər həmkarı Sərdar Cəlaloğlu tərəfindən “Rusiyapərəstlikdə və Türkiyəy qarşı təbliğat aparılmaqda” ittiham edilib. Q. Həsənquliyev isə debat vaxtı bitdiyi üçün daha sonra mediada bu ittihamı rədd edib və S. Cəlaloğlunun onunla şəxsi zəmində problemi olduğu üçün belə fikirlər səsləndirdiyini qeyd edib. S. Cəlaloğlu isə yenidən Q. Həsənquliyevi “Rusiyanın maraqlarının sözçüsü” olmaqda ittiham edib.

    Q. Həsənquliyevin prezidentliyə namizədliyi rəhbəri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR