AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq

  • + A
  • - A
  • Bu gün, 10:56

    Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına, sabah isə Misirə səfər edəcək.

    TRT Haber-in məlumatına görə, Türkiyənin kommunikasiya naziri Burhanəddin Duran Rəcəb Tayyib Ərdoğanın 3 fevralda Səudiyyə Ərəbistanına, 4 fevralda isə Misirə səfər edəcəyini açıqlayıb.

    Duran sosial media paylaşımında bildirib ki, Ərdoğanın Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın dəvəti ilə Ər-Riyadda keçirəcəyi görüşlərdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımlar, eləcə də regional və qlobal inkişaflar müzakirə olunacaq.

    Duran bunları bildirib:

    "Prezidentimiz Ər-Riyada səfərindən sonra Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə 4 fevral 2026-cı ildə Qahirədə misirli həmkarı ilə Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına həmsədrlik edəcək.

    Misirə səfər zamanı ikitərəfli gündəmimizdəki məsələlərin müzakirəsi, eləcə də regional və beynəlxalq inkişaf, xüsusən də Fələstinlə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır. Prezidentimizin səfər zamanı keçiriləcək Türkiyə-Misir Biznes Forumunda da iştirakı planlaşdırılır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR