AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vidadi İsayev sahibkarla zülm edir: Zaur və Eldəniz ƏSAS ROLDA

  • + A
  • - A
  • 13-03-2017, 14:51

    Vidadi İsayev sahibkarla zülm edir: Zaur və Eldəniz ƏSAS ROLDA













    Saytın elektron ünvanına Bərdə rayonundan bir qurup sahibkar şikayət məktubu ünvanlayıb.

    Daxil olan məktubu olduğu kimi ixtayırınıza veririk:
    10 Mart 2017 ci il tarixdən etibarən Bərdə rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün iş adamlarından( stomatoloq , kafe-çayxana, avtomobil təmiri sexləri, fotoqraf və digər fəaliyyətlə məşğul olanlara) Bərdə rayon icra hakimiyyətinin məsul işçiləri Zaur Bəylərov və Eldəniz adlı digər əməkdaş həmin obyektlərə şəxsən gələrək rayon rəhbərinin tapşırığı əsasında həmin iş yerləri bağlaylblar( təxminən 70 yaxın obyekt). Tapşırıq ondan ibarət olmuşdur ki , nəyin hesabına olursa olsun hər obıyekt sahibi 3000 min manat məbləq ödəməlidirlər. Əks halda obiyekt bağlı olaraq saxlanılacaq. Bildirmişlər ki, sizə qanun pozuntusu tapmaq çox asan məsələdir. Hal hazırda həmin obyeklər bağlıdır.Baxmayaraq ki, həmin iş yerlərinin sahibləri hər ay dövlətə vergi ödəyirlər. Bununla əlaqədar olaraq bütün mətbuat orqanlarına müraciət edərək bizim başımıza gələnlərin müvafiq orqanlara çatdırılmasını xahiş edirik. Bərdədə indiyədək sahibkarlara çox əziyyət verilib.
    Digər ikinci məsələ rayonun bütün kənd icra hakimiyyətlərinə, bələdiyyələrə, idarə müəsssələrə ,fermer təsərrüfatlarına və iş adamlarşna Novruz bayram iləəlaqədar olaraq hər kəs bir baş qoyun gətirilməsi tapşırılıb. İcra hakimiyyətinin bu işdə etibarlı şəxsi olan Zaur Bəylərov tərəfindən verilmiş və qoyunların texnikomun həyətindəki emalatxana binasına təhvil veriməsi tapşırılmışdır
    Biz sizdən xahiş edirik ki, Bərdə sahibkarların adından sizə unvanlanan bu utancverici məsələni Birinci Vitse Prezidentimiz çox hörmətli Mehriban xanım Əliyevaya çatdırasınız.
    Shibkarlar: Z.İbrahimov, Ə.Əliyev,İ.Ələkbərov,V.HÜseynov,Y.Əliyev,
    Dosye.az
    REDAKSİYADAN: Şikayət məktubunda adı hallanan şəxslər ilə heç bir əlaqə qura bilmədiyimizdən yenidən əlaqə saxlamağa çalışacayıq. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR