AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lufthansa Qazaxıstana uçuşları bərpa etmək qərarına gəlib

  • + A
  • - A
  • 24-02-2026, 23:54

    Lufthansa Qazaxıstana uçuşları bərpa etmək qərarına gəlib

    Lufthansa bir aydan sonra qısa fasilədən sonra Qazaxıstana reysləri işə salacaq. Aviaşirkət respublikaya sonuncu uçuşunu ötən ilin payızında həyata keçirib.
    Almaniyanın Lufthansa aviaşirkəti martın sonundan etibarən Qazaxıstana uçuşları bərpa edəcək. Bu barədə Qazaxıstan kütləvi informasiya vasitələri məlumat verir.
    Airbus A340-300 təyyarələri Frankfurtda Astanaya və Almatıya uçacaq. Astanaya həftədə dörd, Almatıya isə beş reys planlaşdırılır.
    Xatırladaq ki, ötən ilin oktyabrında aviadaşıyıcı təyyarə çatışmazlığı və loqistik səbəblərdən Qazaxıstana uçuşları dayandırmışdı.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR