Aprel döyüşləri qələbəyə, təhlükəsizliyə və insanların rifahı naminə atılan addımlara yol açdı

Kəmalə Aşumova,
“Ümidli Gələcək” İctimai Birliyinin rəhbəri
Aprel döyüşlərindən 10 il keçir.
2016-cı ilin Aprel döyüşləri Azərbaycanın hərbi gücünü və milli həmrəyliyini nümayiş etdirməklə yanaşı, ölkəmizin təhlükəsizlik və sabitlik yolunda mühüm mərhələ oldu.
Bu qələbə nəticəsində azad edilmiş ərazilərdə həyatın bərpası, infrastrukturun yenidən qurulması və əhalinin, o cümlədən uşaqların təhlükəsiz şəraitdə yaşaması istiqamətində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Xüsusilə, uşaqların rifahının təmin olunması, onların təhsilə çıxışının yaxşılaşdırılması, psixososial dəstək xidmətlərinin genişləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri olmuşdur.
Eyni zamanda, bu hadisələr uşaqlar və gənclər arasında vətənpərvərlik ruhunun, milli dəyərlərə bağlılığın və vətəndaş məsuliyyətinin formalaşmasına mühüm töhfə vermişdir. Təhsil və maarifləndirmə təşəbbüsləri vasitəsilə gənc nəsildə Vətənə sevgi, milli kimliyə hörmət və sülhün dəyəri daha da gücləndirilmişdir.
Azərbaycan dövləti tərəfindən münaqişədən zərər çəkmiş uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi üçün mühüm proqramlar icra olunmuş, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələri bu istiqamətdə fəal rol oynamışdır.
“Ümidli Gələcək” İctimai Birliyi və Azərbaycan Uşaq Qaynar Xətti olaraq vurğulayırıq ki, uşaqların rifahı, təhlükəsizliyi və hüquqlarının qorunması yalnız dövlətin deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir. Bu istiqamətdə görülən işlər gələcək nəsillərin sağlam, vətənpərvər və güclü yetişməsinə xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.