Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununu bu gün keçirəcək.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci matçında İtaliya seçməsi ilə üz-üzə gələcək.
"Tipos Arena"da matç Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.
Azərbaycan komandası ötən gün ilk turda Avstriyanı minimal hesabla üstələyib - 1:0. İtaliya isə Fransa ilə heç-heçə edib - 0:0.
Xatırladaq ki, Azərbaycan millisi mayın 30-da Fransa ilə qarşılaşacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.