AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda müdhiş fırıldaq: şirkət vətəndaşların pulunu alıb qaçıb - Təcili

  • + A
  • - A
  • 12-04-2017, 11:39

    Bakıda müdhiş fırıldaq: şirkət vətəndaşların pulunu alıb qaçıb - Təcili
















    “Şikayətim Universe Education&Consulting Center-dəndir. Onlara mən bütün vasitələrlə çatmağa çalışıram, amma heç cür alınmır. Mobil nömrələrinə baxmırlar, ofis telefonlarını götürmürlər, nə də ki, fb və whatsapp-a baxmırlar”

    Ulus.Az-ın məlumatına görə, bunu Aqşin Mahmudov yazıb. Onun sözlərinə görə, yanvarın 29-u qeydiyyatdan keçib, 150 manat ödəyib: “Artıq bu gün gedib ödənişimi götürmək istəyirəm, amma indi bilirəm ki, Qlobus Center-dəki ofislərini bağlayıb çıxıb gediblər.

    Mənim kimi də nə qədər adam öncədən ödəniş etməsinə baxmayaraq, hazırda onlardan ödənişlərini geri götürə bilmirlər. Mən özümdə kassa mədaxil orderinin qəbzini saxlamışam, orada VÖEN də qeyd olunub”.

    Şikayətçi bildirib ki, belə getsə, polisə müraciət etməkdən başqa əlac qalmayacaq: “Amma ilk öncə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edəcəyəm”.

    Ulus.Az-ın məlumatına görə, Nərgiz Qurbanova adlı şikayətçi də eyni fırıldaqla üzləşdiyini Feysbukda yazıb. Bu gün Bakıda yüzlərlə xarici dil və təhsil kursu fəaliyyət göstərir.

    Bir tərəfdən də sayları durmadan artır. Ancaq bu kursların keyfiyyəti sual altındadır. Hər halda paytaxt kurslarında apardığımız araşdırma belə deməyə əsas verir.

    Yalnız xarici və yerli şirkətlər, özəl biznes qurumları deyil, hətta dövlət orqanları da işə qəbul zamanı bir və ya bir neçə xarici dil bilən mütəxəssislərə üstünlük verir. Bunu onunla əlaqələndirirlər ki, xarici dil bilməyən kadrların bilik və təcrübəsi ölkə çərçivəsi ilə məhdudlaşır.

    Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsindən bildirirlər ki, nazirliyin tabeliyində heç bir abituriyent hazırlığı və ya dil kursu fəaliyyət göstərmir:

    “Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri var. Bu məktəblərdə şagirdlər təhsil alıb imtahanlarını verir. Hazırda fəaliyyət göstərən kursların hamısı özəldir.
    Tabeçiliyimizdə olmadığına görə də biz də o kurslarda monitorinq apara bilmərik”. Nazirlikdən onu da bildirirlər ki, bu kurslara heç bir lisenziya verilmir. Qarşı tərəfi dinləməyə hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR