AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həftə sonları küçəyə çıxmaq qadağan olunacaq

  • + A
  • - A
  • 3-06-2020, 19:44

    Həftə sonları küçəyə çıxmaq qadağan olunacaq


    Həftə sonları küçəyə çıxmaq qadağan oluna bilər.

    AzadMedia.az verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, bu günlərdə Fəvvarələr meydanında karantinin pozulmasına göstərilən cəhd, metroda ilk gündən həkimlərlə birgə çiyin-çiyinə mübarizə aparan polisə müqavimət göstərmək bizim tərəfimizdən qətiyyən qəbul olunmur: "Bunların nəticəsidir ki, bu gün karantin xəstəxanalarımızın üzərinə böyük yük düşür. Sumqayıt şəhərində bir xəstəxana da koronavirusdan mübarizə üçün ayrılıb. Məcburiyyətdən digər xəstəxanalarımızı da pandemiya ilə mübarizəyə ayırırıq. Bu da digər sahələrdə problemlər üzə çıxara bilər. Düzdür, hazırda bütün bunları nəzərə almışıq.

    Virusa yoluxmanın artması bizi məcbur etdi ki, Operativ Qərargaha müraciət edək. Artıq yoluxanlarla sağalanların arasındakı fərq 200-ü keçib. Bu alqoritm həftə sonları məhdudlaşdırmanı gündəmə gətirib. Bizim bu barədə müraciətimiz dəyərləndirilib. Bakı, Sumqayıt, Gəncə, Abşeron və Lənkəranda şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib. Ola bilsin irəlidəki aylarda hər həftə sonu bayramlar da daxil olmaqda küçəyə çıxmaq tam qadağan olunsun. Operativ Qərargahda bizim təkliflərimizlə bağlı qərar qəbul olunub. Sabah detallar açıqlanacaq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR