AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Operativ Qərargahın brifinqi: 14-15 iyunda... - Video

  • + A
  • - A
  • 12-06-2020, 20:40

    Operativ Qərargahın brifinqi: 14-15 iyunda... - Video
    14-15 iyun tarixlərində 9 şəhər və rayonda sərtləşdirilmiş karantin rejimində yalnız Operativ Qərargahın qaydalarına uyğun olaraq icaze.gov.az portalında qeydiyyatdan keçən əməkdaşlar fəaliyyət göstərə biləcəklər.

    Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

    "Ötən həftə qeydiyyatdan keçənlər bu icazə müddətini uzada bilərlər. Bu günə qədər icazə ilə bağlı 210 minə yaxın müraciət daxil olub. İcazə alan əməkdaş və mənsub olduğu təşkilat Operativ Qərargahın tələblərinə uyğun gəlmirsə, onun icazəsi ləğv ediləcək. Bu səbəbdən təşkilatları diqqətli olmağa çağırırıq", - o bildirib.

    Ü.Mehdiyev qeyd edib ki, dializ xəstələrinin xəstəxanalara aparılması üçün "108" çağrı mərkəzi xidmət göstərəcək:

    "Xəstələrin tibb müəssisələrinə çatdırılmasına xüsusi nəqliyyat vasitələri və könüllülərimiz kömək edəcək. Bunun üçün TƏBİB-dən 102 nəfərdən ibarət siyahını almışıq. Hər biri ilə əvvəlcədən əlaqə saxlamışıq".

    Ülvi Mehdiyev əlavə edib ki, şəxsi avtomobili olanlar öz maşınlarından istifadə edərək xəstəxanaya gedə biləcək:

    "Avtomobili olmayanların ASAN Xidmət tərəfindən tibb müəssisələrinə çatdırılması və evə gətirilməsi mümkün olacaq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR