AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı tələbənin qətlinə görə xüsusi qərargah yaradıldı – RUSİYADA

  • + A
  • - A
  • 15-06-2020, 12:31



    Azərbaycanlı tələbənin qətlinə görə xüsusi qərargah yaradıldı – RUSİYADA

    Azərbaycandan olan tələbə Timur Qavrilovun amansız qətlinə görə, Rusiyanın Volqoqrad şəhərində xüsusi qərargah yaradılıb.

    Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xüsusi qərargaha Volqoqrad İstintaq Komitəsi, cinayət-axtarış idarəsi və digər orqanların təcrübəli müstəntiqləri daxildir.

    “Hazırda mərhumun yaxın ətrafı sorğu-sual edilir. Qatilin və öldürülən şəxsin kamera görüntüləri tədqiq olunur”- deyə Rusiya İstintaq Komitəsinin Volqoqrad şəhəri üzrə nümayəndəsi Nataliya Rudnik açıqlama verib.

    Xatırladaq ki, 17 yaşlı Timur Qavrilov Volqoqrad Tibb Universitetinin stamotologiya fakultəsinin 1-ci kurs tələbəsi idi. O, Voroşilov rayonunda gecə saatlarında naməlum şəxsin hücumuna məruz qalıb. 20 bıçaq yarası alan gənc yerindəcə keçinib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR