AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tərtərin icra başçısı da koronaya yoluxub? - Rəsmi

  • + A
  • - A
  • 20-06-2020, 20:05

    Tərtərin icra başçısı da koronaya yoluxub? - Rəsmi

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov koronavirusa yoluxub.

    AzadMedia.az-a daxil olan məlumata görə, icra başçısının koronavirus testi pozitiv çıxıb.

    Hazırda Tərtər İH əməkdaşlarının nəzarətə alındığı bildirilir.

    Tərtər şəhər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva faktı təsdiqləməyib.

    Qeyd edək ki, Tərtərin deputatı Sahib Alıyev də koronavirusa yoluxub.

    Bundan öncə Tovuz rayonunun icra başçısı Məmməd Məmmədov koronavirusa yoluxub, Samux rayon icra başçısının müavini Qəzənfər Əliyev isə bu virusdan dünyasını dəyişib, xanımının vəziyyəti isə ağırdır.

    ***

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir sıra xəbər portallarında və sosial şəbəkələrdə COVİD-19 virusuna yoluxması barədə yayılan xəbərləri təkzib edib.

    Bu barədə icra başçısının özü Report-a bildirib.

    M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

    "Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə xidmət edir, cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən xalqa xidmət edirəm".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR