Volqoqradda amansızcasına qətlə yetirilən azərbaycanlı tələbə Timur Qavrilovun qətlində şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib.
Bu barədə Rusiyanın İstintaq komitəsinin regional şöbəsi tərəfindən məlumat verilib.
İstintaqın versiyasına əsasən, 17 yaşlı Timurun qətlində şübhəli bilinən 22 yaşlı Vitali Vasilyev barəsində axtarış elan edilib. "Vitali Vasilyev barəsində federal axtarış elan edilib. Onun axtarışlarına Daxili İşlər Nazirliyinin əməkdaşları göndərilib”- Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Şübhəli şəxsin kimliyi polis və istintaq orqanları əməkdaşlarının, o cümlədən də şəhər sakinlərinin aktiv mövqeyi nəticəsində müəyyən edilib.
Qətlə yetirilən tələbənin yaxınları Timurun qəddarcasına öldürülməsinin səbəbini bilmək istəyirlər.
"Bildiyimizə görə, bu insan qətldən sonra dərhal Volqoqraddan qaçmağa müvəffəq olub. Amma hər hansı nüanslar barədə bizə verilməyib. Yaxın günlərdə müstəntiqlər qətlin təfərrüatı barədə məlumat verəcəklərinə söz veriblər”- mərhumun qardaşı belə deyib. (virtualaz)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.