Çay, göl və ya dənizdə koronavirusa yoluxmaq mümkün deyil. Su yayda davamlı olaraq günəş şüalarının təsirinə məruz qalır ki, bu da virusu məhv edir.
360 TV-nin məlumatına görə, bunu Rusiyanın Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun CMD Molekulyar Diaqnostika Mərkəzinin mütəxəssisi Mixail Lebedev bildirib.
O, COVID-19-un hava-damcı yolu ilə yayıldığını xatırladıb.
Alimin sözlərinə görə, açıq su hövzələrində bakteriya və ya parazitə yoluxmaq mümkündür, ancaq koronovirus məsələsində bu, keçərli deyil.
“COVID-19-un su ilə yayıla biləcəyinə dair heç bir elmi dəlil yoxdur. Nəzərə almaq lazımdır ki, açıq su hövzələrində yüksək insolyasiya var, bu isə koronavirusa məhvedici təsir göstərir”, - deyə mütəxəssis bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.