Bakının Nəsimi rayonunda mənzildən oğurluq hadisəsi baş verib.
Bu barədə AzadMedia.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Rayonun Həzi Aslanov küçəsindəki evdə yaşayan 1966-cı il təvəllüdlü A.Mehdiyev 22-ci Polis Bölməsinə müraciət edib. Onun sözlərinə görə, iyunun 24-də naməlum şəxs mənzilinin qapısını sındıraraq, evdən 180 avro və 1200 dollar pulu, eləcə də, 8500 manat dəyərində qızıl-zinət əşyalarını aparıb.
Hazırda əməliyyatçılar oğurluqda şübhəli şəxsin kimliyini müəyyənləşdirməyə çalışırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.