Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib.
M.Əliyevanın “Instagram” hesabında yer alan təbrikində deyilir:
“Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.