AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tibbi maska və əlcək gömrük rüsumundan azad OLUNDU

  • + A
  • - A
  • 2-07-2020, 17:01

    Tibbi maska və əlcək gömrük rüsumundan azad OLUNDU

    Azərbaycana idxal olunan baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti artırılıb.



    Modern.az-ın məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 5 mart tarixli 84 nömrəli qərarına əsasən, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlarınn idxalı cari ilin iyul ayının 1-dək idxal gömrük rüsumundan azad olunmuşdu.



    Dəyişikliyə əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR