AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sədərəyin polis rəisi işdən çıxarıldı – “Yaşıl soyqırım”a biganə qaldığına görə

  • + A
  • - A
  • 4-07-2020, 14:59

    Sədərəyin polis rəisi işdən çıxarıldı – “Yaşıl soyqırım”a biganə qaldığına görə
    Sədərəkdə ağac kəsiminin yaratdığı ajiotaj böyüyür.

    Ovqat.com-un rayondan aldığı məlumata görə, Muxtar Respublikanın Daxili İşlər naziri Fazil Ələkbərov bir neçə saat əvvəl rayona gedib.

    “Yaşıl soyqırım” iddialarını araşdıran nazirin Sədərək rayon polis idarəsinin rəisini işdən çıxardığı xəbər verilir. Bildirilir ki, nazir icra başçısı Həbib İbrahimovdan da faktla bağlı izahat alıb.

    “İcra başçısı izahatında bütün məsuliyyəti boynundan atıb və bu işdə I müavinini günahlandırıb”, - informasiya mənbəyimiz belə deyir.

    Aldığımız məlumata görə, Muxtar Respublika rəhbərliyinin Sədərək icra strukturlarını sərt şəkildə cəzalandırmasının səbəbi göstərişin paytaxtdan getməsidir. İddia olunur ki, yerli rəhbərliyin özünə bəraət qazandırma cəhdləri paytaxtda səmimi qarşılanmayıb və “sağlam ağacları kəsənlərin ciddi şəkildə cəzalandırılması” tələb olunub. Maraqlıdır ki, icra başçısının əməllərinin Muxtar Respublikadakı korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırıldığı bildirilir.

    Doğrusu, ağac kəsiminin korrupsiya ilə nə əlaqəsi olduğunu biz də anlaya bilmədik. Görünür, işin içində bizim bilmədiyimiz ayrı nüanslar var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR