İcra başçısı yas mərasiminin qarşısını belə aldı - Video
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərarah tərəfindən rayonda koronavirus panidemiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə Azadmedia.az-a İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, iyulun 4-də Qərargaha rayonun Aşağı Seyfəli kəndində yas mərasimi keçirilməsinə cəhd olunması ilə bağlı məlumat daxil olub.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıblar.
Mərasimi təşkil edən şəxslər cəzalandırılıb. Yas mərasimində iştirak edən kənd sakinləri barəsində də karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.
Eyni zamanda qadağalara baxmayaraq mərasimində iştirak edən kəndin din xadimi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əsasən ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda da insanların 5 nəfərdən artıq bir yerə toplanması, xüsusilə mərasimlərin keçirilməsi qəti qadağan edilir. Belə reydlər mütamadi keçiriləcək və bu kimi hallara yol verənlər haqqında ciddi cəza tədbirləri görüləcək.