AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyadan çağırış: Atəşi dərhal dayandırın!

  • + A
  • - A
  • 13-07-2020, 20:20

    Rusiyadan çağırış: Atəşi dərhal dayandırın!

    Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan – Ermənistan sərhədindəki vəziyyəti hər iki ölkədən olan həmkarları - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefonla müzakirə edib və münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırıb.

    AzadMedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədəki açıqlamasında aşağıdakıları bildirib:

    “Ermənistan – Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Sergei Lavrov tərəfləri qəbul etdikləri öhdəlikləri, həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri olan Rusiya, ABŞ və Fransa nümayəndələrinin, ATƏT-in fəaliyytdəki sədrinin şəxsi köməkçisinin təkliflərini nəzərə almaqla atəşi dərhal dayandırmağa, təmkinli olmağa çağırıb”.

    Rusiyalı nazir həmçinin Bakı və İrəvanla təmasları çərçivəsində “istər ölkə olaraq, istərsə də ATƏT-in Minsk qrupu həmsədri sifətilə” vasitəçilik missiyasına bundan sonra da davam edəcəklərini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR