AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat ABŞ və Belçikada olan hadisələrə münasibət bildirdi

  • + A
  • - A
  • 26-07-2020, 10:44


    Deputat ABŞ və Belçikada olan hadisələrə münasibət bildirdi

    Bildiyimiz kimi 22.07.2020 tarixində Azərbaycan Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin əldə olunmuş atəşkəs razılaşmasının pozaraq hərbi təcavüz siyasətini davam etdirməsinə etiraz olaraq azərbaycanlıların keçirdikləri dinc aksiyaya Ermənistan diaspora fəallarının kobud və qanunsuz müdaxiləsi olmuş, nəticədə həmyerlilərimiz təhqir və fiziki zorakılığa məruz qalmışdır. Bir millət vəkili kimi bu hadisələri qətiyyətlə pisləyir və qanunsuz əməlləri törədənlərin ciddi şəkildə cəzalanmasını həm Belçika həm Amerika Birləşmiş Ştatları həm də Belçika Krallığı hüquq mühafizə əməkdaşlarından tələb edirəm. Məndə olan məlumata görə, bu qanunsuz əməllər nəticəsində Azərbaycanlı diplomatik əməkdaşlar xəsarətlər alıb, səfirliyin inzibati binası dağıntılara məruz qalıb, şüsələri sındırılb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobilini yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub. Bildirmək istəyirəm ki, insan hüquqlarıyla bağlı beynəlxalq qanunlara əsasən, hər bir insan sərbəst toplaşmaq azadlığına və öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. Lakin, bu hüquqlar digər vətəndaşların hüqularını tapdalamamalıdır. Sərbəst toplaşmaq hüquq təmin edilsə də, orda iştirak edən azərbaycanlıların təhlükəsizliyi və səfirlik binasının təhülkəsziliyi təmin olunmayıb. Belçika və Amerika polislərini vəzifələrini düzgün icra etməyə dəvət edirəm. Təəssüf ki, Los-anceles və Belçika polisi azərbaycanlıların təhlükəsizliyini təmin etməmişdir. Bununla əlaqədar bildirirəm ki, həmin ölkələrin hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal baş vermiş xoşagəlməz hadisəylə bağlı hüquqi ölçü götürməlidir. Baş verəcək hər hansısa qanunazidd hadisələrə görə Ermənistan hakimiyyəti, Ermənistan səfirliyi və Ermənistan diaspora liderləri məsuliyyət daşıyacaqdır. Millət vəkili kimi diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırıram.

    Əliabbas Salahzadə,
    Milli Məclisin deputatı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR