Mətbuatdan da məlumdur ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbov koronavirusdan dünyasını dəyişib.
Həkimlərin səyinə baxmayaraq, ötən gün İlham Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ötən il Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilmişdi.
İlham Rəcəbov dövlətə ləyaqətlə xidmətlə yanaşı, nümunəvi ailə başçısı, gözəl dost idi. Səmimi, hər zaman dostlarını diqqətdə saxlayan İlham Rəcəbovun işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!
Yaxın dostları adından: Qax suvarma sistemləri idarəsinin rəisi Soltan Camalov, Azadmedia.az saytının Baş redaktoru Xəlil Xəlilov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.