AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyəzəndəki yanğında 2 nəfər öldü - Video

  • + A
  • - A
  • 31-07-2020, 19:50

    Siyəzəndəki yanğında 2 nəfər öldü - Video

    Xəbər verdiyimiz kimi, Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.

    Azadmedia.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib.

    Belə ki, yanğının yaxınlıqdakı neft buruqlarına keçməsinin qarşısını almaq istəyən 1970-ci il təvəllüdlü, Siyəzən rayon Sədan kənd sakini Zeynalov Cahangir Əhmədşah oğlu yanıq xəsarətləri alıb. O, dərhal Bakıya xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində daha bir nəfər həyatını itirib. Onun şəxsiyyəti müəyyənləşdirilir.  


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR