Bakıda 60 yaşlı qadını avtomobil vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.
Sentyabrın 13-də Sabunçu bazarının qarşısında E.Bəhramzadə “Mercedes E-Class” markalı avtomobillə 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub.
Qəza nəticəsində xəsarət alan qadın Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Fakt üzrə Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisənin təfərrüatları araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.