AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ" dayaq blokunun dənizə yola salınması onu göstərir ki, Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər

  • + A
  • - A
  • 11-08-2020, 19:41

    "Qarabağ" dayaq blokunun dənizə yola salınması onu göstərir ki, Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər

    Dünən "Qarabağ" dayaq blokunun dənizə yola salınması ölkənin həyatında əlamətdar hadisədir. Bu fikirləri Azadmedia.az saytına söyləyən Milli Məclisin deputatı Əliabbas Salahzadə qeyd edib ki, bu layihə bir daha təsdiqləyir ki, xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağı daha da artır. Bu hadisə Azərbaycanın enerji tarixində mühüm mərhələlərdən biri kimi xarakterizə olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev "Qarabağ" dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha belə bir reallığı diqqətə çatdırmışdır ki, əgər 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər "Şahdəniz" üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, hətta öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki "Şahdəniz" bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra da bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaq.

    Əliabbas Salahzadə onu da qeyd etdi ki, neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələri ilə diqqət çəkən, beynəlxalq enerji bazarlarına çıxmaq üçün investisiya layihələrini qətiyyətlə davam etdirən SOCAR-ın adı nüfuzlu xarici şirkətlər sırasında çəkilir: "Qarabağ" dayaq blokunun dənizə yola salınması da SOCAR-ın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. SOCAR-ın "BOS Şelf" şirkəti tərəfindən tikilmiş, Azərbaycanın ən zəngin karbohidrogen mənbələrindən biri olan "Qarabağ" yatağında neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan eyniadlı dayaq bloku texnoloji baxımdan nəhəng və mürəkkəb qurğudur. "Qarabağ" dayaq blokunun dənizə yola salınması onu göstərir ki, artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər. Ölkəmizdə bütün neft-qaz layihələri uğurla icra edilir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq, yeni-yeni layihələrə yol açacaq. Enerji layihələrinin uğurlu icrası nəticəsində əldə olunan vəsaitlərin şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondu tərəfindən düzgün istiqamətləndirilməsi fonunda ölkəmizin davamlı inkişafı, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi təmin ediləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR