AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bu hadisə Azərbaycanın enerji strategiyasının uğurlu nəticəsidir” Məşhur Məmmədov

  • + A
  • - A
  • 17-08-2020, 16:42

    “Bu hadisə Azərbaycanın enerji strategiyasının uğurlu nəticəsidir” Məşhur Məmmədov


    “Bu gün respublikamızın enerji asılılığı olmayan və bu sahədə müstəqil siyasət yürüdən müstəqil dövlət olduğunu artıq beynəlxalq aləm də təsdiqləyib. Bu, bir faktdır ki, ölkəmizin enerji strategiyasında qazandığı uğurların əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş enerji strategiyası bu gün Azərbaycanın dünya birliyindəki reytinqini getdikcə yüksəldir”. Bu fikirləri millət vəkili Məşhur Məmmədov “SƏS” qəzetinə açıqlamasında bildirib.

    “1993-cü ilin ikinci yarısından başlayaraq görülən işlər sayəsində respublikanın enerji təhlükəsizliyi sistemi, demək olar ki, yenidən qurulmuşdur",- deyən millət vəkili onu da vurğulayıb ki, hazırda respublikamız nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda, digər dövlətlərin də enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdir: "Müstəqil Azərbaycanın çağdaş tarixinin ən parlaq səhifələrindən biri Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə işlənərək hazırlanmış yeni neft strategiyasıdır. Xəzər neftinin Avropa bazarlarına nəqlində müstəsna rol oynayan böyük əhəmiyyətli enerji layihələrinin icra prosesinin uğurla həyata keçirilməsi – Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi ölkəmizin iqtisadi qüdrətinə böyük təkan vermişdir. Bununla da Azərbaycan iri layihələrin reallaşdırılmasına qadir olduğunu təsdiqləmişdir”.

    Millət vəkili Azərbaycanın nəhəng neft-qaz layihələrinin olması ilə yanaşı ixrac coğrafiyasının geniş miqyasda olduğunu deyərək bildirib: “Dövlət başçısı mərasimlə çıxışı zamanı da bu məsələyə toxunaraq bildirdi ki, biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik: “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə - Balkan yarımadasında yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür”.

    Millət vəkili bütün bu nailiyyətlərin əsasında ölkə Prezidentinin düşünülmüş siyasəti dayandığını qeyd edərək bildirib ki, məhz bu siyasətin real nəticəsidir ki, Azərbaycan bundan sonra da enerji siyasətində uğurlu layihələrin müəllifi olacaqdır: "Dövlət başçısının dediyi kimi: “Əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər "Şahdəniz" üzrə müqavilə imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi də təmin edə bilməzdik. Çünki "Şahdəniz" bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır”.

    M.Məmmədov onu da vurğulayıb ki, dövlət başçısı avqustun 10-da "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması hadisəsini Azərbaycanın enerji strategiyasının uğurlu nəticəsi olduğunu deyərək bildirib ki, bu tarixi hadisə Azərbaycanın enerji strategiyasının növbəti uğurlu nəticəsi olmaqla yanaşı, yataqda görülən işlərin müstəqil Azərbaycan üçün böyük hədiyyədir.

    Millət vəkili AXC-Müsavat cütlüyünün satqınlığı nəticəsində torpaqlarımızla yanaşı sərvətlərimizin də məhv olunmasına gətirib çıxarıldığını deyərək bildirib ki, dövlət başçımız keçirilən mərasimdə də bu məsələyə toxunaraq deyib: "Bu gün Azərbaycan vaxtilə, yəni 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, əgər belə analogiya aparmaq mümkündürsə, Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

    “Bəli, nə qədər çətin zaman dövründə yaşasaq da, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uğurlu iqtisadi, siyasi və xarici siyasəti nəticəsində ölkəmiz tarixi hadisələrə imza atır, bu siyasət isə xalqımızın firavan və yüksək rifahına hesablanmış tarixi nəticələrdir”,- deyən M.Məmmədov dövlət başçımızın dediyi fikirlərə diqqəti yönəldib: “Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR