Siyavuş Novruzovla Ombudsman xanımı da cərimələndi
Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva da cəzalandırılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, S.Novruzov və həyat yoldaşı Səbinə Əliyeva Daxili İşlər Nazirliyi tərəfindən 400 manat cərimə olunublar.
Bundan başqa, Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəllinin xanımı Aysel Teymurzadə də eyni məbləğdə cərimə olunub.