Qalmaqallı toya görə Abel Məhərrəmovla Əli Abbasov da cəzalandırıldı
Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən sabiq nazir Əli Abbasovla keçmiş rektor Abel Məhərrəmov da cəzalandırılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA rəhbəri Ramiz Mehdiyevin müşaviri Əli Abbasov və Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəllinin hər biri karantin rejiminin qaydalarını pozaraq toyda iştirak etdiyi üçün polis tərəfindən 400 manat cərimə olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti "Qafqazinfo"ya məlumatı təsdiqləyib.
Murad Əhməd