Gəncə Şəhər İcra Hakimiyyəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən şəhərdə aparılan əməliyyatla bağlı məlumat yaydı.
Gəncə Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumatda bildirilir ki, icra hakimiyyətinin memarlıq şöbəsinin sabiq müdirləri işləmiş Məharət Mustafayev və Əli Rüstəmlinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbsi barədə əməliyyat şəhər İcra Hakimiyyətinin inzibatı binasında keçirilməyib.
Gəncə Şəhər İcra Hakimiyyəti KİV nümayəndələrindən xahiş edir ki, bəzi xəbər başlıqlarında yalnışlığa yol verilməməsi üçün məlumatı rəsmi qaydada təqdim etsinlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.