Ordumuz "Qafqaz-2020" təlimində iştirak edəcəkmi?
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Qafqaz-2020” təlimlərində iştirak etməyəcək.
AzadMedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.
"Cari ilin sentyabr ayında Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etməyəcək.
Qeyd olunan hərbi təlimlərə sadəcə olaraq iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılır", - MN-dən verilən açıqlamada bəyan edilib.