AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmirdə “Bir fidanı yaşadaq” adlı sosial aksiya keçirildi

  • + A
  • - A
  • 10-09-2020, 23:49

    “Uğur” Gənclər Qrupunun sədri Günel Əliqizi və Kürdəmirin millət vəkili Əminə Ağazadənin qərargahı ilə birgə “Bir fidanı yaşadaq” aksiyasinin növbəti mərhələsini həyata keçirib. Aksiya Günel Əliqizi və Əminə xanımın təşkilatçılığı ilə dərs ilinin başlaması münasibətilə aztəminatlı ailələrin uşaqları məktəbli forması ilə təmin edilib. Həmçinin aksiya çərçivəsində fiziki qüsurlu uşaqlar ilə də görüş keçirilib, ailələrin problemləri dinlənilib. Deputatın köməkcisi Namiq Agayev Azadmedia.az saytına aksiya barədə fikirlərini bölüşərkən bildirib ki, Hüseynova Sevinc Əlsahib qızının və Rəhimova Sevinc Şəfayət qızının övladının müalicəsi ilə bağlı müvafiq qurumlara müraciət olunacağı bildirildi, ehtiyaclı ailələrin övladlarına məktəbli formaları ilə yanaşı qiş geyimləri, test kitabları hədiyyə olundu. Tədbir çərçivəsində 25 aztəminatlı ailə maddi dəstəklə təmin olunub.

    Rayon sakini, tələbə adını qazanmiş Rəhimova Rəhimə də aksiyaya qoşularaq sevincini bölüşüb.

    Aksiyanın sonunda aztəminatlı ailələr təşkilatçılara təşəkkürlərini bildirərək, belə xeyirxah tədbirlərin tez-tez keçirilməsini arzulayıblar.
    Kürdəmirdə “Bir fidanı yaşadaq” adlı sosial aksiya keçirildi
    Kürdəmirdə “Bir fidanı yaşadaq” adlı sosial aksiya keçirildi
    Kürdəmirdə “Bir fidanı yaşadaq” adlı sosial aksiya keçirildi
    Kürdəmirdə “Bir fidanı yaşadaq” adlı sosial aksiya keçirildi
    Kürdəmirdə “Bir fidanı yaşadaq” adlı sosial aksiya keçirildi
    Kürdəmirdə “Bir fidanı yaşadaq” adlı sosial aksiya keçirildi
    Kürdəmirdə “Bir fidanı yaşadaq” adlı sosial aksiya keçirildi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR