AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: ““Əsrin müqaviləsi” Azərbaycan dövlətçiliyinin inkişafında ciddi dönüş nöqtəsi oldu”

  • + A
  • - A
  • 19-09-2020, 14:29



    “Zaman keçdikcə Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın dövlətçiliyinin memarı olması haqqında fikirlər daha qabarıq formada özünün biruzə verməkdədir. Ötən tarixə nəzər saldıqca Ulu öndər Heydər Əliyevin necə dahi, uzaqgörən, müdrik, dövlətini və millətini sevən şəxs olub. Müasir Azərbaycan dövlətçilik tarixində dahi lider Heydər Əliyevin fəaliyyətinə və keçən mürəkkəb geosiyasi dövrə nəzər salaraq birmənalı şəkildə deəy bilirik ki, müstəqil dövlət kimi var olub, inkişaf etmiş ölkə çevrilməsi məhz Ulu öndərin uzaqgörən, müdrik siyasəti nəticəsində mümkün olub. 1993-cü ildə hakimiyyət gələn Ulu öndərin ən əsas fəaliyyətini təhlükə altında olan dövlət müstəqilliyimizin qorunub saxlanması, sabitliyin bərpa olunması istiqamətində qurdu. Bu məqsədlə Ulu öndər Azərbaycanın neft amilindən məharətlə istifadə edərək dövlətimizin qarşısında duran təhdidləri aradan qaldırmağı qarşıya məqsəd qoydu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi alıtında yeni neft strategiyası hazırlanaraq həyata keçirilməyə başlanıldı. Gərgin əməyin nəticəsi olaraq 1994-cü ilin sentyabrın 20-də müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsini yaradan “Əsrin müqaviləsi” imzalandı. Müqavilə çox mürəkkəb bir geosiyasi bir vəziyyətdə imzalandı. Müqavilənin imzalanması ancaq və ancaq Ulu öndər Heydər Əliyevin müdrik siaysəti nəticəsində mümkün oldu. Məhz bu müqavilənin imzalanmasından qısa zaman sonra ölkədə həm ictimai-siyasi sabitlik təmin olundu, həm iqtisadiyyat sıçrayışlı inkişaf mərhələsinə qədəm qoydu”.

    Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov 20 sentyabrın “Əsrin müqaviləsi”nin imzalanmasının 26 illiyi, eyni zamanda “Neftçilər günü” ilə bağlı mövqeyini açıqlayarkən deyib.

    Millət vəkili bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması müasir Azərbaycan dövətçiliyi tarixində müstəsna rola malik hadisə kimi qızıl hərflərlə yazılıb. “Çünki imzalanan müqavilə təkcə ölkənin iqtisadiyyatının inkişaıfnda deyil, eyni zamanda bir an öncə söylədiyim kimi dövlət müstəqilliyimizə olan təhdidlərin aradan qalxaraq dünyanın nüfuzlu ölkələrinə birinə çevrilməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın yeni-yeni beynəlxalq səviyyəli uğurlu layihələri reallaşdırılmasının bünövrəsini qoydu.
    “Əsrin müqaviləsi” Azərbaycanın bir müstəqil dövlət dünyada etibarlı tərəfdaş kimi tanıtması istiqamətində ciddi rol oldu. “Əsrin müqaviləsi” Ulu öndər Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ümummilli liderin ikinci şah əsəri oldu”- millət vəkili qeyd edib.

    Deputat əlavə edib ki, bu müqavilənin misilsiz əhəmiyyətini nəzərə alan ulu öndər Heydər Əliyev 2001-ci ildə 20 sentyabr tarixinin Azərbaycan neftçilərinin peşə bayramı günü təsis edilməsi haqqında Sərəncam imzaladı: “O vaxtdan Ümummilli Liderimizin Azərbaycan neftçilərinin əməyinə verdiyi yüksək qiymətin təcəssümü kimi “Neftçilər Günü” hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Bu da təsadüfi deyil. Azərbaycanın neft-qaz sənayesi əməkçiləri ilbəil böyük uğurlara imza atır, ölkəmizin iqtisadi qüdrətinin artması üçün var qüvvələri ilə çalışırlar. Neftçi əməyinin bəhrələrindən ölkəmizin bütün vətəndaşları yararlanırlar”.

    Ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdə və yeni-yeni uğrulara imza atılmaqdadır. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən qalibiyyətli enerji strategiyası ötən illər ərzində ölkəmizə böyük qələbələrin qazanılmasında, onun geosiyasi mövqelərini daha da möhkəmləndirilməsində, davamlı sosial-iqtisadi inkişafına güclü təkan vermsəində və əhalinin maddi rifahının yüksəlməsində müstəsna rol oynayıb.

    Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətindən məharətlə istifadə edərək ölkəmizin təkcə neft ölkəsi kimi deyil, həmçinin qz ölkəsi kimi tanıdıb, dünyanın enerji təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasındakı mövqeyini daha da möhkəmlətdi.Hazırda Azərbaycan neftlə yanaşı, qaz sahəsində də uğurlu layihələr həyata keçirməkdədir. “Şahdəniz” bunun ən parlaq nümunəsidir. Əgər “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi böyük miqdarda qaz ixrac edən ölkə kimi tanıtdırdı. Bu layihə çərçivəsində hasil olunan qazın uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atılıb. Odur ki, “Şahdəniz” layihəsi isə ümummilli liderimiz Heydər Əliyevin üçüncü şah əsəri hesab edilir. Azərbaycan Prezidenti enerji layihələrindən gələn gəlirləri ölkəmizin təhlükəsizliiynin təmin edilməsi, daha da güclənməsi, əhalinin rifah halında yaşaması məqsədi ilə beynəlxalq və regional layihələrin reallaşdırılması istiqamətində addımlar ataraq, onların icrasına nail oldu. Hazırda Azərbaycan çoxsaylı tarnsmilli neft kəmərləri ilə yanaşı, TAP, TANAT, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Cənub Qafqaz Beynəlxalq Qaz Kəməri reallaşıb. Bununla paralel olaraq regionlararası nəqliyyat, yekdaşıma-tranzit, kommunikasiya, logistika layihələrini həyata keçirməklə Azərbaycan təkcə enerji qovşağı kimi yox, həmdə kommunikasiya-logistika qovşağına çevrilib. Bunlar ancaq cənab Prezident İlham Əliyevin məharətli siyasəti və qətiyyəti nəticəsində mümkün olub. Bu layihələrə heç də asan başa gəlməyib. Bu layihələr reallaşdırılan zaman Azərbaycana ciddi təzyiqlər olsa da, Prezident İlham Əliyevin qətiyyətli iradəsi nəticəsində həyata keçib. Göründüyü kimi, güclü, qüdrətli Azərbaycan quruculuğu yolunda davam etdirilən qlobal neft-qaz və nəqliyyat layihələri, Dövlət proqramları da ən ümdə məqsədə - ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına xidmət edir. Ulu Öndərin neft strategiyasını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti bu gün təkcə ölkəmizə, xalqımıza deyil, eyni zamnda bütövlükdə regiona böyük faydalar verməkdədir. Neft-qaz resurslarımız ölkə iqtisadiyyatını gücləndirmələ paralel olaraq beynəlxalq mövqelərimizi daha da möhkəmləndirir. Ölkəmizin qarşısında duran problemlərin həllində öz müsbət rolunu oynamaqdadır. İnanırıq ki, yürüdülən siyasət dövlətimizin və xalqımızın bir nömrəli problemi olan Qarabağ münaqişəsinin həllinə də öz töhfəsini verəcək. Artıq biz bunu görürük və ümid edirik ki, bu qısa bir zamanda reallaşacaq.
    Son olaraq 20 Sentyabr - Neftçilər Günü münasibətilə bütün neftçiləri ürəkdən təbrik edir, onlara uzun ömür, möhkəm can sağlığı, ailə səadəti, işlərində müvəffəqiyyətlər arzulayıram. Vətənimiz Azərbaycanın daha işıqlı sabahı naminə yorulmaz fəaliyyətinizdə sizlərə daha böyük uğurlar arzulayıram”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR