AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qənirə Paşayeva Tovuzdakı son vəziyyət haqda danışdı

  • + A
  • - A
  • 22-09-2020, 12:28


    "Tovuzda ön cəbhədəyik. Ön cəbhə kəndlərimizdə yaşayan insanlarımız hər zamankı kimi işğalçı Ermənistanın bütün təxribatlarına Dövlətimizin və Ordumuza güvənirik və yanındayıq deyərək mərdliklə layiqli cavab verirlər”.

    AzadMedia.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva deyib.

    O bildirib ki, hər birimiz dövlətimizin yanında olmalıyıq: "Hərbiçilərimiz və əsgərlərimiz düşmənə layiqli cavab verirlər. Siyasi düşüncəsindən asılı olmayaraq dünyanın hər yerində yaşayan azərbaycanlılar daha da birlik içində və könüllü əsgər kimi Ali Baş Komandanımızın yanında olmalı, işğalçı Ermənistana qarşı daha da güclü mübarizə aparmalıyıq. Biz işğalçının arxasında duran gücləri da nəzərə almalıyıq və Vətənimizə, Müstəqil Dövlətimizə qarşı olan güclərə qarşı mübarizəmizi daha da gücləndirməliyik. Bu gün hər birimiz Dövlətimizin könüllü əsgəri olmalıyıq. Allah Dövlətimizi və Millətimizi qorusun”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR