AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həftəsonu qadağası başa çatır? – Açıqlama

  • + A
  • - A
  • 22-09-2020, 17:35



    Artıq koronavirusla əlaqədar həftəsonu ictimai nəqliyyata tətbiq edilən qadağa başa çatır. Maraqlıdır, bu qadağa yoluxma sayına necə təsir etdi və qadağa ilə bağlı qərarın yenidən uzadılmasına ehtiyac varmı?

    Məsələ ilə bağlı Axar.az-a açıqlama verən infeksionist Vüqar Cavadzadə sözügedən qadağanın yoluxma sayının azalmasına təsir etdiyini bildirərək, onun uzadılmasına ehtiyac olduğunu söyləyib:

    “Həftəsonları insanlar bir-birini daha çox ziyarət edirlər. Qapalı məkanlara və istirahət mərkəzlərinə getmək üçün ictimai nəqliyyat vasitələrindən istifadə edirlər. Buna görə də həftəsonu qadağaları tətbiq edildi və bunun yoluxmaya təsiri şübhəsizdir. Hesab edirəm ki, həftə sonları nəqliyyatın fəaliyyət göstərməməsi ilə bağlı tətbiq edilən qadağanın müddəti uzadılmalıdır. Nəzərə almaq lazımdır ki, koronavirus yox olmayıb. Bunun üçün məhdudiyyətlər davam etməlidir”.

    Həkim Qalib Əsədov isə həftəsonu ictimai nəqliyyata tətbiq edilən qadağanın heç bir müsbət nəticəsi olmadığı üçün onun uzadılmasına ehtiyac olmadığını bildirib:

    “Düşünürəm ki, həftəsonu ictimai nəqliyyatın qadağan olunmasının nə yoluxma sayına, nə də virusun yayılma sürətinə təsiri oldu. Dəfələrlə demişəm və yenə də deyirəm ki, bu qadağaya heç bir ehtiyac yoxdur”.

    Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyata tətbiq edilən və sentyabrın 28-də başa çatan həftəsonu qadağasının uzadılıb-uzadılmayacağı ilə bağlı müraciətimizə cavab olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat katibi İbrahim Məmmədov bildirib ki, bu haqda heç bir məlumatı yoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR